Əziz Müştərilər!⠀
⠀
Bu həftədən etibarən "Smart Customs" mobil tətbiqinin gömrük bəyannamə proseduruna yenidən start verildi!⠀
⠀
Сamex şəxsi hesabınızda "Xarici anbardadır" statusunda olan bağlamalarınızın göndəriş günlərində "göndərilib" statusuna düşməsi üçün "Smart Customs" mobil tətbiqindən və ya e.customs.gov.az portalından BƏYAN ETMƏYİNİZ MÜTLƏQDİR! ⠀
⠀
Bəyan etmək üçün:⠀
1) CAMEX və Smart Customs-da şəxsi məlumatınız tam olaraq eyni olmalıdır (FİN-kod, öz adınıza mobil nömrə və s.)⠀
2) CAMEX şəxsi hesabınızda və "Smart Customs" mobil tətbiqində bağlama haqqında əlavə etdiyiniz məlumat həmçinin uyğun olmalıdır.⠀
3) "Tracking İD" bölməsində CAMEX şəxsi hesabınızda bağlamaya aid olan "CMX100..." ilə başlayan kod qeyd olunmalıdır.⠀
4) "Gömrük dəyəri" bölməsində məhsulun qiyməti və CAMEX daşınma haqqının ABŞ dollarında toplam rəqəmi qeyd olunmalıdır.⠀
5) "Miqdar" və "Ölçü vahidi" bölmələrində CAMEX şəxsi hesabında qeyd olunan məhsulun çəkisi və "KG" əlavə olunmalıdır.⠀
⠀
Diqqətiniz üçün təşəkkür edirik!⠀
⠀
Hörmətlə, CAMEX.AZ⠀