6 xarici ölkədən Azərbaycana bağlamaların çatdırılması

“Camex” ABŞ, Almaniya, Yunanıstan, Türkiyə, Çin and İngiltərə poçt bağlamalarının, onlayn mağazalar vasitəsilə sifariş edilən malların, eləcə də böyük həcmli və ağır çəkili qeyri-standart yüklərin qısa müddətdə hava nəqliyyatı ilə çatdırılmasını təşkil edir. az.camex.net saytında qeydiyyatdan keçərək xidmətlərimizdən istifadə edə bilərsiniz.

Bağlamalar anbarlarımıza çatdıqdan sonra təyinat yerindən və aviaşirkətdən asılı olaraq 3-14 iş günü ərzində çatdırılacaq.

Online alış-veriş

Əgər siz onlayn alış edə bilmirsinizsə, biz Sizə kömək edərik!

Əməkdaşlarımız daim Sizin suallarınızı cavablandırmağa, Sizə kömək etməyə və ya mövcud şərtlərinə uyğun olaraq ən yaxşı seçimləri təklif etməyə hazırdırlar.

Biz sizin üçün bütün internet- mağazaları  əlçatan edirik. Siz alırsınız, biz sürətli və sərfəli çatdırırıq.

Kuryer xidməti

Dəyərli vaxtınızı itirməyin, kuryer sifariş edin!

Kuryerimiz bağlamanızı evinizə, iş yerinizə və ya istənilən digər ünvana çatdıra bilər.

Bağlamaların sayından və çəkisindən asılı olmayaraq, çatdırılma haqqı hər hesaba(akkaunta) və seçilən tarifə uyğun olaraq hesablanır. Çatdırılma haqqını əvvəlcədən ödəməyiniz xahiş olunur.

Şəxsi hesab

Camex saytında qeydiyyat keçmiş fiziki və ya hüquqi şəxs xidmətimizdən istifadə edə bilər.

Şəxsi hesabla mümkündür:

·  Bağlamanın trayektoriyasını izləmək;

·  Bağlamanı bəyan etmək;

·  Müvafiq ofisi seçmək və ya kuryer xidməti sifariş etmək;

·  Balansı doldurmaq və ya çatdırılma haqqını onlayn ödəmək.