Haqqımızda


Camex şirkəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir.

 

«Camex» ABŞ, Almaniya, Yunanıstan, Türkiyə, Çin, İngiltərə poçt bağlamalarının, onlayn mağazalar vasitəsilə sifariş edilən malların, eləcə də böyük həcmli və ağır çəkili qeyri-standart yüklərin qısa müddətdə hava nəqliyyatı ilə Azərbaycana çatdırılmasını təşkil edir.

 

Güclü texniki bazaya və kadr potensialına malik olması «Camex»-ə Bakı şəhərində və bölgələrində fəaliyyət göstərmək imkanı verir.

 

Xaricdə yerləşən anbarlarımız vasitəsilə onlayn mağazaların Azərbaycana birbaşa göndərməkdən imtina etdikləri məhsulu  əldə edə bilərsiniz.

 

 

«Camex» beynəlxalq yük daşımaları sahəsində geniş təcrübəsi olan etibarlı şirkətdir.

 

 

«Camex» saytında qeydiyyatdan keçdikdən sonra istənilən fiziki və hüquqi şəxs xidmətlərimizdən istifadə edə bilər. Qeydiyyat ödənişsizdir.

 

Bağlama xaricdə yerləşən anbarımıza daxil olduğu andan etibarən müştəriyə təhvil verilənədək bütün məsuliyyət şirkətin üzərinə düşür.

 

«Camex» – rahat və istifadə üçün sərfəli xidmət.

 

«Camex» maksimal dərəcədə müştərilərin maraqlarını nəzərə alır, əməkdaşlıq üçün əlverişli şərait, sərfəli qiymətlər və yüksək keyfiyyətli xidmət təklif edir.

 

Kuryer xidməti «Camex» - bağlamaların çatdırılmasına müasir baxış, alınmış xidmətin keyfiyyətinə, etibarlılığına və təhlükəsizliyinə əmin olmağınıza imkan yaradır.

Bağlamalar aviaşirkətdən və təyinat ölkəsindən asılı olaraq 3-14 iş gün ərzində Bakıya çatdırılır.