Müştərilərimizi "SMART Customs" mobil tətbiqi haqqında ən çox maraqlandıran sualların cavablarını Sizlərə təqdim edirik:⠀⠀
⠀⠀
1) "SMART Customs" mobil tətbiqi və e.customs.gov.az saytında bağlamanın qeydiyyata alınması zamanı "Tracking İD" bölməsində hansı kod qeyd olunmalıdır?" ⠀⠀
⠀⠀
Cavab: Gömrük bəyannaməsi zamanı Satıcılardan Sizə təqdim olunan izləmə kodları (tracking number, gönderi takib numarası) qəbul olunmur, məhsul yalnız Azərbaycana daşıyıcı şirkətinin daxili qaimə nömrəsi ilə bəyan edilir, CAMEX şirkəti daxilində həmin kod CMX101... ilə başlayır və bağlama "Xarici anbardadır" bölməsində əks olunduğu zaman Sizə təqdim olunur.⠀⠀
⠀⠀
2) Mobil nömrə başqa şəxsin adına olsa Bəyannamə keçərlidirmi?⠀⠀
⠀⠀
Cavab: Xeyr, keçərli deyil; "İdentifikasiya nömrəsi" ilə, yəni Şəxsiyyət vəsiqəsinin FİN kodu ilə Smart Customs üzrə qeydiyyat zamanı mobil nömrə CAMEX şəxsi hesabın sahibinin FİN koduna aid olmasa qeydiyyatın növbəti addımlarına keçmək mümkün deyil.⠀⠀
⠀⠀
3) Məhsul həm CAMEX sistemində, həm SMART Customs-da bəyan olunmalıdır? ⠀⠀
⠀⠀
Bəli, ilk öncə "Xarici anbardadır" bölməsində məhsula aid İnvoys sənədi və Qiyməti qeyd olunur, sonra isə SMART Customs mobil tətbiqində CMX101... kodu ilə bəyan edilir, hər iki bəyannamə mütləqdir və biri əksik olduğu zaman bağlama xarici anbardan yola düşmür.⠀⠀