CAMEX ilə ABŞ və Çin üzrə, dünyanın əsas satış platformalarından olan AliExpress -dən sifariş qaydasını Sizə təqdim edirik: ⠀
⠀
1) AliExpress saytında qeydiyyatdan keçirsiniz;⠀
2) Camex.az saytında qeydiyyatdan keçdikdən sonra, Sizə aid olan unikal CAMEX İD nömrəsi və xarici anbarlarımızın ünvanları Sizə təqdim olunur;⠀
3) Seçdiyiniz məhsulun sifarişi zamanı ünvan bölməsində ABŞ anbarımızın ünvanını qeyd edərək, bağlamanı xarici anbarımıza yönləndirirsiniz;⠀
4) Bağlama, Satıcı tərəfindən qeyd etdiyiniz ünvana çatdırıldıqdan və CAMEX şəxsi hesabınızda "Xarici anbardadır" bölməsində göründükdən sonra, həmin bölmədən Sifarişçi tərəfindən orijinal invoice sənədi və məhsulun dəyəri bəyan edilməlidir.⠀
5) AR Dövlət Gömrük Komitəsinin "SMART Customs" mobil tətbiqi və yaxud e.customs.gov.az saytında gömrük bəyannaməsi yaradılandan sonra bağlama ən yaxın göndəriş ilə Azərbaycana yola salınır.⠀
6) Azərbaycanda bağlama gömrük yoxlanışından keçəndən sonra əvvəlcədən seçdiyiniz CAMEX filialına yerləşdirilir.⠀
⠀
Xarici anbarımızın ünvanı çin dilində olduğu üçün, platformanın sifariş bölməsində ünvanı qeyd etmək mümkün deyil, o səbəbdən məhsulun Satıcısı ilə birbaşa yazışmaya keçərək Camex.az saytında mövcud olan Camex id kodunu, İstifadəçinin ad/soyadını və Camex Çin anbarının ünvanını göndərə bilərsiniz. ⠀
⠀
Bağlama Satıcı tərəfindən anbarımıza göndərilir və Camex şəxsi hesabınızda "xarici anbardadır" bölməsində görünəndən sonra Sifarişçi tərəfindən orijinal invoice sənədi və qiyməti bəyan olunur, gömrük bəyannaməsi yaradılandan sonra yaxın göndəriş ilə yola salınır.⠀
Qeyd etmək istərdik ki ABŞ və Çin anbarından bağlamalar "göndərilib" statusunu alandan, gömrük yoxlamasından asılı olaraq 6-9 iş günü ərzində ofislərimizə yerləşdirilir.⠀
Diqqətiniz üçün təşəkkür edirik!⠀
⠀
Hörmətlə, CAMEX Azərbaycan.