Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi 305 saylı Qərarın 2.1.4-cü bəndini və son dəyişiklikləri rəhbər tutaraq, 21.09.2020 TARİXİNDƏN ETİBARƏN, Vətəndaş adına 30 təqvim günü müddətində, yol haqqı məbləği daxil olmaqla, ümumi dəyəri 300 ABŞ dolları ekvivalentinədək (€, £, ve s.) məhsul ölkəyə idxal (import) edilə bilər.⠀
Aylıq limit necə hesablanır? ⠀
⠀
Bir ay ərzində vətəndaş tərəfdən Smart Customs mobil tətbiqində və yaxud e.customs.gov.az saytında bəyan olunmuş məhsulların dəyəri və onların Camex DAŞINMA HAQQI aylıq limitə daxil olur.⠀
⠀
Camex üzrə məhsulun hansı ayın limitinə aid olduğunu necə bilmək olar?⠀
⠀
Yeni qaydaya əsasən Məhsul hansı ayda vətəndaş tərəfdən Smart Customs mobil tətbiqində və yaxud e.customs.gov.az saytında bəyan olunursa, həmin ayın limitinə daxil olur. Əgər məhsul fevral ayında gömrüyə bəyan olunubsa, lakin CAMEX hesabında "göndərilib" statusunu mart ayında alırsa, CAMEX ofisinə çatdırılma tarixindən asılı olmayaraq, həmin bağlama Fevral 2021 limitinə aiddir.⠀
Diqqətiniz üçün təşəkkür edirik!⠀
⠀
Hörmətlə, CAMEX.AZ⠀