Ana səhifə Xəbərlər Həcm çəkisi necə ölçülür?

Həcm çəkisi necə ölçülür?

19.03.2021

Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, Hava nəqliyyatı ilə daşınan bütün yüklərin daşınma haqqı, fiziki çəki və qabarit ölçülərindən aslı olaraq hesablanır:⠀
1) fiziki çəki (kg);⠀
2) həcm çəkisi (Vkg).⠀

Bağlamların qabarit ölçüləri iri olduqda (təyarədə daha çox yer tutduğuna görə) ilk olaraq hər iki (fiziki/həcm) çəki hesablanır, daha sonra göstəricisi daha artıq olan çəki daşınma çəkisi kimi seçilir.⠀

Təyin olunmuş beynəlxalq qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır:⠀
En (cm) x Uzunluq (cm) x Hündürlük (cm)/6000  = Həcm çəkisi (Vkg)⠀

Daşıma haqqını hesablamaq üçün həcm çəkisi göstəricisi həmin ölkə üzrə 1 kg üçün olan tarifə vurulur.⠀

CAMEX üzrə hansı şərtlərdə daşıma haqqı həcm çəkisi ilə hesablanır?⠀

ABŞ: ⠀
Bağlamanın hər hansı bir tərəfinin 1 m-dən (100 cm) artıq olduğu zaman;⠀
Böyük Britaniya və Almaniya: ⠀
Həcm çəkisi fiziki çəkidən 15 kg-dan çox olduğu halda;⠀
Çin:⠀
Həcm çəkisi fiziki çəkidən artıq olduğu halda;⠀
Türkiyə: ⠀
Yalnız fiziki çəki ilə hesablanır (istisna böyük həcmli məhsullar: mebel, iri həcmli yataq tekstil dəstləri və s.);⠀
BƏƏ: ⠀
Yalnız fiziki çəki ilə hesablanır.