Ana səhifə Xəbərlər 2023-cü ilin mart ayından CAMEX ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 21 gün müəyyən edilib.

2023-cü ilin mart ayından CAMEX ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 21 gün müəyyən edilib.

16.03.2023
Hörmətli Müştərilər, nəzərinizə çatdırırıq ki, 2023-cü ilin mart ayından CAMEX ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 21 gün müəyyən edilib. Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulur. 21 günü keçdiyi halda, Müştəri bağlamanı tam bəyan etdikdən sonra şirkətimizin əmakdaşlarına bu məlumatı təqdim etməlidir. Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin (yazılı formada, elektron ünvana - info@camex.net) göndərilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 60 gün müəyyən edilib. 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir. Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik. Hörmətlə, CAMEX.AZ