Hörmətli Müştərilər, əvvəlki paylaşımlarda Sizə 2023-cü ilin mart ayından CAMEX ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 21 gün müəyyən edildiyini qeyd etmişdik.
Nəzərinizə çatdırırıq ki, yeni qaydanın tətbiq olunması tarixi dəyişdirilib. Qeyd olunan qayda 1 mart yox, 1 aprel 2023-cü il tarixindən ABŞ anbarımıza daxil olan bağlamalara aid olacaq.
Qaydanı bir daha nəzərinizə çatdırırıq
Nəzərdə tutulmuş müddət (21 gün) ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulur.
21 günü keçdiyi halda, Müştəri bağlamanı tam bəyan etdikdən sonra şirkətimizin əmakdaşlarına bu məlumatı təqdim etməlidir. Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin (yazılı formada, elektron ünvana - info@camex.net) göndərilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 60 gün müəyyən edilib. 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik.
Hörmətlə, CAMEX.AZ