Ana səhifə Xəbərlər ABŞ ÜZRƏ HƏCM ÇƏKİSİ İLƏ DAŞINMA QAYDALARINDA DƏYİŞİKLİK!

ABŞ ÜZRƏ HƏCM ÇƏKİSİ İLƏ DAŞINMA QAYDALARINDA DƏYİŞİKLİK!

20.04.2023
Hörmətli Müştərilər, 1 may 2023-cü il tarixindən etibarən Camex ABŞ anbarında həcm çəkisi aşağıdakı qayda ilə hesablanacaq: Yükün həcm çəkisi 10 kq-dan çox olduğu halda çatdırılma miqdarı bağlamanın daşınma haqqı fiziki və həcm çəkilərinin müqayisəsi zamanı bəlli olur və daha böyük göstərici əsasında hesablanır. Yükün həcm çəkisinin 10 kq keçmədiyi halda çatdırılma haqqı fiziki çəki ilə hesablanacaq. Təyin olunmuş beynəlxalq qaydalara əsasən həcm çəkisi aşağıdakı düsturla hesablanır:⠀ ⠀ En (cm) x Uzunluq (cm) x Hündürlük (cm)/6000 = Həcm çəkisi (Vkg)⠀ Onlayn mağazalardan bağlama sifariş etdiyiniz zaman bu məlumatları nəzərə almağınızı rica edirik. Hörmətlə, CAMEX