Ana səhifə Xəbərlər Camex 5 yaşını qeyd edir!

Camex 5 yaşını qeyd edir!

05.10.2017

Dəyərli müştərilər!

 

Ən çətin şeylərdən biri ilk addım atmaq, yeni bir yola başlamaqdır. 

Biz Camex olaraq, 2012-ci ildə yeni bir yola çıxdıq. 2012-ci ildə hamı bədbin ikən, biz nikbin olduq.

Hər kəs dünyanın gecəyə qərq olunacağını düşündüyü bir ildə Biz gec saatlara qədər işləyib, Camex Azərbaycanın açılışını etdik.  

 

5 il ərzində hər gün böyüdük, hər gün yenilənməyə, fərqlənməyə çalışdıq.

 

 Sakit, coşğulu, həyacanlı tam bir FİLM kimi idi deyə biləcəyimiz 5 il yaşadıq. Bizim filmimiz uzun illər öz tərəfdaşlarının sevgisi, dəstəyi ilə "ekranda" olacaqdır. 

 

 

Bu gün  #məmnuniyyətinizin5ilini  qeyd edirik. 

 

5 il bizimlə birlikdə olub bizə dəstək olduğunuz üçün təşəkkür edirik.

 

 

Hörmətlə,

Sizin səmada tərəfdaşınız, Camex