Hörmətli Müştərilər!
Nəzərinizə çatdırırıq ki, 8 oktyabr 2018-ci il tarixindən etibarən ABŞ anbarımıza çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 14 (on dörd) gün müəyyən edilir.
Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1 ABŞ dolları miqdarında saxlanc haqqı tutulacaqdır.
Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin göndərilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 45 (qırx beş) gün müəyyən edilir. 45(qırx beş) gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik.
Hörmətlə,
Camex.az