Hörmətli müştərilər,
Nəzərinizə çatdırırıq ki, 13 dekabr 2018-ci tarixindən etibarən Çindən yalnız orijinal məhsulların daşınması mümkündür.
Xahiş edirik sifariş edərkən məhsulun orijinal olduğuna əmin olun. Artıq yalnız tərkibində satıcı tərəfindən məhsulun orijinallığı haqqında təsdiq sənədi verilmiş məhsulları göndərmək mümkün olacaqdır.
22 dekabr 2018-ci il tarixindən etibarən isə ÇİN anbarına çatdırılan, şirkət tərəfindən daşınılmayan məhsullar və ya müştərinin istəyi ilə bağlamaların başqa ünvana və ya satıcıya geri göndərilməsi ödənişli əsaslarla həyata keçiriləcəkdir. Məhsulun dəyərindən və çəkisindən asılı olmayaraq hər bir bağlamanın göndərilməsi üçün xidmət haqqı 450HKD(58USD) təşkil edəcəkdir.
Xahiş edirik sifariş etməzdən əvvəl şirkət tərəfindən daşınılmayan məhsulların siyahısı ilə bir daha tanış olasınız.
Uğurlu sifarişlər diləyirik!