-
Terminlər lüğəti
Carrier – Bağlamaların daşınılmasını öz üzərinə götürən şirkət və ya fiziki şəxs;
Customer – «Camex» saytında qeydiyyatdan keçib və şirkətin xidmətlərindən istifadə edən hər hansı bir fiziki şəxs;
Shipping address – bağlamanın çatdırılma ünvanı;
Billing address – bank kartının qeydiyyatda olduğu ünvan;
Order number – sifariş nömrəsi;
Tracking number – bağlamanın izləmə nömrəsi;
Order confirmation – satıcı tərəfindən sifarişin təsdiq edilməsi haqqında məlumat;
Shipping confirmation – bağlamanın ünvana göndərilməsinin təstiq edilməsi haqqında məlumat.
Invoice (faktura) - Qaimə-faktura satıcı tərəfindən ödənişin alınması üçün alıcıya verilən sənəddir. -
300 ABŞ dolları limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər bir təqvim ayı müddətində fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
300 ABŞ dolları limiti keçərsə, vergilər Smart Customs tətbiqində və ya Gömrük Komitəsinin saytında ödənilməlidir. Əks halda bağlama Bakıya göndərilməyəcək.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanc haqqı hesablanır.
Zəhmət olmasa, sifariş verərkən diqqətli olun!
-
Bəyannamənin doldurulma qaydası
az.camex.net saytında bəyannaməni 2 bölmədən doldurmaq mümkündür:
1) “Öncədən bəyan et”
2) “Xarici anbardadır”
İnvoysu sifariş etdiyiniz saytda "sifarişlər" bölməsindən və ya mail-dən(order confirmation) əldə edə bilərsiniz.
İnvoysda məhsulun adı, qiyməti, sayı və ödənilən ümumi məbləğ kimi məlumatlar mütləq qeyd olunmalıdır.
* "Öncədən bəyan et" bölməsindən bəyannamə satıcı bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.
Videodan bağlamanın öncədən bəyan edilməsi qaydası ilə tanış ola bilərsiniz.
* Bağlama artıq anbara çatdıqdan sonra isə bəyannamə yalnız "Xarici anbardadır" bölməsindən doldurulmalı və mütləq şəkildə invoys və ya qiymət əlavə olunmalıdır.
Diqqət!!!
1)Bir bağlama üçün PDF və ya JPG formatda yalnız BİR fayl əlavə etmək mümkündür.
2)Bəyannaməni tam doldurmaq üçün mütləq şəkildə invoys fayl əlavə olunmalıdır.
Əgər yalnış invoys fayl əlavə etmisinizsə, zəhmət olmasa, *2112 məlumat mərkəzimizlə əlaqə saxlayın.
Nəzərinizə çatdırırıq ki, ABŞ anbarımıza çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 30 gün müəyyən edilir.
Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulacaqdır.
Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin göndərilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 60 gün müəyyən edilir. 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik.
-
İNGİLTƏRƏDƏN daşıma şərtləri
İngiltərədən daşınma zamanı bağlamanın həcm çəkisi ilə fiziki çəkisi arasında fərq 15 kiloqramdan çox olarsa, daşınma haqqı ən yüksək olan çəki göstəricisi əsasında hesablanacaqdır.
Məsələn:
1. Bağlamanın fiziki çəkisi 3 kq, həcm çəkisi isə 35 kq təşkil edir. Bu zaman bağlamanın daşınma haqqı həcm çəkisi əsasında hesabalanacaqdır.
2. Bağlamanın fiziki çəkisi 20 kq, həcm çəkisi isə 4 kq təşkil edir. Bu zaman bağlamanın daşınma haqqı fiziki əsasında hesablanacaqdır.Xahiş olunur sifariş verərkən diqqətli olun.
-
Təyinat məntəqəsini necə seçmək olar?
Məhsulun sifarişi zamanı qeyd olunan detalları nəzərə almaq lazımdır:
1. Bağlamanı təhvil alınacaq ofisi, yəni təyinat məntəqəsini yalnız bağlama "GÖNDƏRİLİB" bölməsində olanda dəyişmək mümkündür. Bunun üçün az.camex.net saytında şəxsi hesabınıza daxil olub, "BAĞLAMANIN TƏHVİL VERİLMƏ MƏNTƏQƏSİ" bölməsindən təyinat məntəqəsini seçmək lazımdır.
2. Bağlamaların təyinat məntəqəsinin yalnız reysə uyğun olaraq dəyişdirilməsi mümkündür. Yəni bir reysdə(göndərişdə) olan bağlamalar üçün fərqli təyinat mənətəqəsi seçmə imkanı YOXDUR.
3. Əgər bağlamanın daşınma haqqı onlayn ödənilibdirsə, təyinat məntəqəsinin dəyişdirilməsi qeyri-mümkündür.
-
DAŞINILMASINA İCAZƏ YOXDUR
«Camex» Gömrük İttifaqının gömrük ərazisinə daşınılımasına icazəsi verilməyən mallar, o cümlədən hava nəqliyyatı vasitəsi ilə daşınılması qadağan olunan əşyaların çatdırılması ilə məşğul olmur.
Bu səbəbdən sifariş etməzdən əvvəl daşınılması qadağan olunan əşyaların siyahısı ilə tanış olmağınızı tövsiyyə edirik.Daşınılması mümkün olmayan əşyaların siyahısı:
-
Bağlamaların anbarlarda saxlanılma şərtləri
Azərbaycanda yerləşən filiallar
Camex-in Bakı filialına daxil olan bağlamalar 30 gün ərzində müştəri tərəfindən təhvil alındığı təqdirdə həmin bağlamalara anbar saxlama haqqı tətbiq etmir.
Bu müddət müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin bağlama təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 AZN miqdarında saxlama haqqı tutulur.
Müştəri onun adına Azərbaycanda yerləşən filiallardan bağlamanın təhvil alınmasına dair Camex tərəfindən xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 2 ay müəyyən edilir. 2 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Xaricdə yerləşən anbarlar
Müştəri onun adına xarici anbara daxil olmuş (ABŞ anbarı istisna olmaqla) bağlamanın bəyannaməsinin doldurulmasına dair Camex tərəfindən xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 2 ay müəyyən edilir. 2 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Qeyd:
ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 30 gün müəyyən edilir.
Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə bağlamanın anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulacaqdır.
Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin göndərilməsinin son həddi 60 gün müəyyən edilir. Qeyd edək ki, 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
-
ABŞ ANBARINDA BAĞLAMALARIN SAXLANILMASI QAYDALARI DƏYİŞİB.
Hörmətli Müştərilər, nəzərinizə çatdırırıq ki, 2023-cü ilin Sentyabr ayından CAMEX ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 30 gün müəyyən edilib. Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulur. 30 günü keçdiyi halda, Müştəri bağlamanı tam bəyan etdikdən sonra şirkətimizin əmakdaşlarına bu məlumatı təqdim etməlidir. Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin (yazılı formada, elektron ünvana - info@camex.net) göndərilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 60 gün müəyyən edilib. 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir. Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik. Hörmətlə, AZ.CAMEX.NET -
Göndəriş üçün bağlama nə zaman bəyan olunmalıdır?
Bağlamanın yola düşməsi üçün CAMEX "Xarici anbardadır" bölməsindən mehsulun invoys və qiymətinin bəyan edilməsi və Gömrük bəyannaməsinin yaradılması proseslərini göndəriş günündən 24 saat öncə etmək məsləhətlidir. Əks halda bağlamanın yaxın göndəriş ilə xarici anbardan yola düşməməsi ehtimalı yarana bilər.
-
Fors-major hallar
Şirkətimizin qaydalarına əsasən, yüklərin çatdırılması 3-14 iş günü arasında davam edə bilər. Bu vaxt çərçivəsi hava şəraiti, gömrük gecikmələri və həmişə bizim nəzarətimizdə olmayan digər amillər kimi müxtəlif gözlənilməz halları nəzərə alır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, gecikmələr zamanı kompensasiyaların ödənilməsi prosesi də vaxt apara bilər. Adətən, kompensasiya 30 iş günü ərzində verilir, lakin bank sisteminin fəaliyyətindən asılı olaraq, müddət daha çox ola bilər. -
Bağlamaların göstərilməsinin müddəti və naməlum mallar
Çatdırıldıqdan sonra bağlamalar 1-3 iş günü ərzində hesabınızda görünür, lakin bu yalnız kuryer xidmətindən asılıdır. Bəzən şirkətlər - USPS, FedEx və s. qeyd edirlər ki, bağlama artıq çatdırılıb, əslində isə bağlama bir neçə gün sonra bizə çatdırılır. Bu cür hallar da olur ki, bağlama anbarımıza təhvil verilir, lakin müəyyən məlumatlar, məsələn, Camex ID və ya müştərilərin adı və soyadı bağlamanın üzərində qeyd olunmayıb. Belə bir vəziyyətdə bağlama naməlum olaraq sistemimizə əlavə olunur. Müştəri malların çatdırılmasından 3 gün sonra şirkətimizlə əlaqə saxlamalıdır, çünki bu halda yalnız Camex işçiləri bağlamaları hesaba əlavə edə biləcəklər. -
WALMART-dan sifariş etməyin!
Walmart kimi tanınan şirkət alıcılar arasında məhşurdur, lakin bir çox vacib məqamlar var ki, biz bu satıcıdan sifariş etməyi qətiliklə tövsiyə etmirik. Təəssüf ki, 90% hallarda malların çatdırılması zamanı Walmart bağlama üçün izləmə nömrəsi müştəriyə təqdim etmir, həmin səbəbindən bağlamanın izləməyə mümkün deyil. Çox vaxt bu şirkətin kuryerləri çatdırılmanın fotoşəkilini təqdim edirlər, lakin bu qədər illər ərzində biz tez-tez bağlamanın şəxsən anbarımıza təhvil verilmədiyi, küçədə və ya bəzən yolda qaldığı bir vəziyyətlə qarşılaşırıq. Həmçinin, müştərilər tez-tez malların qəbulu problemi ilə üzləşirlər. Çox vaxt müştərilər bir məhsul sifariş edirlər, lakin tamamilə fərqli bir məhsul alırlar. Qeyd etmək istərdik ki, Camex MMC Walmart tərəfindən göndərilən mallara görə məsuliyyət daşımır. -
Camex-lə necə sifariş etmək olar?
1) az.camex.net saytında qeydiyyatdan keçin;
Aşağıda qeyd olunan videoda qeydiyyatın tamamlanma qaydası ilə tanış ola bilərsiniz:
2) az.camex.net şəxsi hesabınızda bizim ABŞ, Yunanıstan, Almaniya, Çin , Türkiyə və İngiltərə yerləşən anbar ünvanlarımız təqdim olunacaq;
Pəncərənin sağ tərəfində ad və soyadınızın üzərinə klik edərək anbar ünvanlarını görə bilərsiniz.
3) Sifariş vermək istədiyiniz sayta daxil olun (Məsələn: ebay, amazon və s. ) və sifariş zamanı «Camex» şəxsi hesabınızda qeyd olunan bizim 6 anbar ünvanlarından birini eyni ilə hesabınızda qeyd olunduğu kimi alış etdiyiniz saytda çatdırılma ünvanı (shipping address) kimi daxil edin;
4) Bağlama bizim ABŞ, Yunanıstan, Almaniya, Çin , Türkiyə və İngiltərə anbarlarından birinə daxil olduqdan sonra Sizə bu barədə avtomatik elektron poçt bildirişi göndərilir. Bundan sonra Siz bağlamanızın yerini və hərəkətini «Camex» şəxsi hesabınıza daxil olaraq izləyə bilərsiniz;
5) Bağlama Camex-in müvafiq filialında olanda Sizə SMS və elektron poçt vasitəsilə bildiriş məktubu göndəriləcəkdir.
Qeyd: Siz istənilən saytdan sifariş edə bilərsiniz. Əgər satıcı bağlamanı bizim xarici anbarlara çatdırırsa, tərəfimizdən daşınılması ilə bağlı bir problem yoxdur.
-
Camex-in üstünlükləri
- İnternet magazalardan aldığınız məhsulların ABŞ, Avropa, Yunanıstan, Türkiyə, Çin və İngiltərə çatdırılması, həmçinin onlayn mağazaların Azərbaycana birbaşa göndərməkdən imtina etdikləri istənilən məhsulun anbarlarımız vasitəsilə çatdırılmasının təmin edilməsi;
- Aşağı tariflər və rahat çatdırılma xidməti;
- Bağlamaların daşınma haqqının daha sərfəli olması üçün, yükün həcminin azaldılması;
- Həftədə 2-3 dəfə reyslər;
- Anbarın vergilərdən azad ştatda yerləşməsi
- ABŞ, Almaniyadan və İngiltərədən bağlamaların daşınma haqqı yalnız fiziki və hecm çəkisi əsasında hesablanır. Çin və Türkiyədən yalnız bütün növ geyim, ayaqqabı, qadın və məktəb çantalarının daşınma qiyməti fiziki çəki əsasında hesablanır;
- Müxtəlif onlayn mağazalardan onlayn alışın həyata keçirilməsi;
- Saytlardakı yenilik və endirimlər haqda məlumatlandırma sistemi;
- Bakı,Sumqayıt və Xirdalan üzrə daxili kuryer xidməti;
- Bakı şəhərində filiallar;
- Müxtəlif ödəniş növləri.
-
«Tracking» nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya yol nömrəsi təyin edir.
Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Əksər hallarda ölkə daxili çatdırmaları üç poçt-kuryer xidmətləri həyata keçirir: UPS, FedEx və USPS; nadir hallarda isə - DHL. PİLLOT və s.
Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
-
Həcm çəkisi nədir və necə hesablanır?
Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarələrdə daşınan yüklərin çəkisi ölçülərindən aslı olaraq iki cür hesablana bilər:
- Fiziki çəki;
- Həcm çəkisi.
Bağlamların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir.
Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır:
(En(sm) x Uzunluq(sm) x Hündürlük(sm))/6000 = Həcm çəkisi (kg)
-
Onlayn alış edərkən nəyi bilməyiniz zəruridir?
Onlayn alışı zamanı “shipping adress” bölməsinin xanaları Camex hesabınızda təqdim edilən nümunəyə uyğun olaraq doldurulmalıdır.
Ad, Soyad və şəxsi nörmə düzgün qeyd edilmədiyi təqdirdə bağlama xarici anbarlarda saxlanılır, Azərbaycana göndərilmir və çatdırılma müddəti bağlamanın sahibi təyin edilənədək uzadılır.
Belə hal yarandığı təqdirdə sifarişin gecikməsinə görə şirkət öhdəlik daşımır.
"Online sifariş yerləşdir" bölməsinə gondərilən sifarişlər 24 iş saatı ərzində yerinə yetirilir. Sifariş hər hansı bir səbəbdən keçmədiyi halda, vəsait bank tərəfindən kart məlumatlarının təqdim olunmasından 7-22 iş günü ərzində qaytarılır
-
Bağlamanın satıcıdan anbara çatdırılması
Onlayn satış mağazasında alış tamamlandıqdan sonra müəyyən vaxta bağlama müştərinin qeyd etdiyi ünvana çatdırılır. Bunun üçün bağlama yerli poçt xidmətinə verilir.
Bağlamanın satıcının ünvanından anbarımıza çatdırılması, satıcının yerləşdiyi ünvandan aslı olur. Amerika daxili çatdırılma təxmini 3-8 günə, Avropadan ABŞ anbarına təxmini 1-2 həftə , Çindən ABŞ və Almaniya anbarına çatdırılma təxmini 1 ay çəkir.
Bağlama anbara çatdırılmamışdan əvvəl «Camex»-in müştərinin yükü haqqında məlumatı olmur və şirkət yük anbara təhvil verilənədək heç bir öhdəlik daşımır. Bağlama anbara daxil olduqdan sonra 3 iş günü ərzində müştərinin şəxsi hesabında qeyd olunur və tam bəyan olunduqdan sonra növbəti reyslə Azərbaycana göndərilir.
Anbarların iş saatları:
ABŞ, İngiltərə, Almaniya, Türkiyə və Çin anbarılarında:
Bazar ertəsi-Cümə günü
Saat: 10:00-17:00
Şənbə-bazar qeyri-iş günüdür.
-
Şəxsi məlumatları necə dəyişmək olar?
Qeydiyyat zamanı qeyd etdiyiniz məlumatın düzgünlüyü və dəqiqliyindən əmin olun.
Şəxsi məlumatlarınızı yeniləmək üçün pəncərənin sol tərəfində “Şəxsi məlumatlar”-ın üzərinə klik edin. “Redaktə et” düyməciyinə basaraq məlumatları yadda saxlaya bilərsiniz.
Ad, soyad, ata adı və ünvanın dəyişdirilməsini istəyirsinizsə, zəhmət olmasa, az.camex.net saytında qeydiyyatdan keçdiyiniz elektron poçt ünvanından şəxsiyyət vəsiqənizin hər iki üzünün şəklini info@camex.net elektron poçt ünvanına göndərib, Camex ID nömrənizi qeyd edin.
Məlumatlarınız ən qısa zamanda əməkdaşlarımız tərəfindən dəyişdiriləcəkdir.
-
Reyslərin cədvəli
GÖNDƏRİŞ ÖLKƏSİNDƏN ASILI OLARAQ REYSLƏR
HƏFTƏNİN NÖVBƏTİ GÜNLƏRİ BAĞLANIR:
-
Şəxsi hesabda bağlama haqqında məlumat nə üçün qeyd edilməlidir?
Azərbaycan hava limanına çatdırılan hər bir bağlama gömrük yoxlamasından keçir.
Gecikmələrin yaranmaması üçün müştəri Camex şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara çatdırılmamışdan əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi təqdim edildikdən sonra mümkündür.
Müştəri yükü haqqında məlumatı Camex hesabında əvvəlcədən qeyd etdiyi təqdirdə, bağlamanın əldə edilməsində heç bir gecikmə yaranmır.
İstisnalar:
Nadir hallarda satıcılar müştərinin bağlamasını trek nömrə təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.
Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
-
Təzminatın ödənilməsinin qaydaları
Bağlama xarici anbar əməkdaşları tərəfindən qəbul edildikdən sonra (Bağlamanı qəbul edən şəxsi təqsdiqləyən imzalı sənəd), 30 gün ərzində müştərinin şəxsi hesabında qeyd edilmədiyi təqdirdə bağlamanın sahibinə təzminat ödənilir. Geri qaytarma prosesi 30 iş günündən başlayır. Nəzərə alın ki, şirkət müştəridən bağlamaların həqiqətən anbarımıza təhvil verilməsinə dair əlavə məlumat və ya sübut tələb etmək hüququna malikdir. Bu cür hallarda müştəridən alıcının və ya kuryerin imzalaması tələb olunur. Bu imza və ya çatdırılma sübutu (POD - Proof Of Delivery) sənədi olmadan şirkət təzminat ödəməmək hüququna malikdir.
Şirkət xarici anbarlara zədəli vəziyyətdə daxil olmuş və ya hesab-fakturada göstərilmiş məlumatlara uyğun olmayan bağlamaya görə məsuliyyət daşımır.
Həmçinin, AR Konstitusiyası ilə qəbul edilmiş qaydaların pozulması nəticəsində, müştərinin yükünün gömrük tərəfindən gecikdirilməsinə, saxlanılmasına və konfiskasiyasına görə şirkət öhdəlik daşımır.
Şirkət bağlamanın itirildiyi və ya zədələndiyi təqdirdə, müştəriyə əşyanın invoysda qeyd olunduğu dəyəri həcmində təzminat ödəyir.
Şirkət anbar əməkdaşlarının imzası olmayan bağlamalara görə öhdəlik daşımır.
Anbarda 2 aydan çox salanılan bağlamalar avtomatik olaraq şirkətin hesabına keçir.
-
ABŞ-ın dövlət poçtu - USPS haqqında bilməyiniz zəruri olan məlumat
Əksər hallarda, satıcılar bağlamalarının çatdırılması üçün USPS kuryer xidmətini seçirlər(Ucuz olduğu üçün). Lakin bu poçtun kifayət qədər çatışmamazlıqları var.
USPS kuryer ximdəti Şənbə və Bazar günləri bağlamaları anbara çatdırmır. Onlar yalnız Şənbə və Bazar günləri yükü öz sistemlərində qeydiyyata salaraq yükün mövqeini “təslim edilib”(delivered) qeyd edirlər. Faktiki çatdırılma isə Bazar Ertəsi həyata keçirilir, hansı ki əslində həqiqətə uyğun deyil və istifadəçini çaşdırır.
Müvafiq olaraq, USPS vasitəsilə çatdırılan bağlamalar, onların «Camex» anbarına faktiki çatdırılmasına qədər hesabınızda görünməyəcəklər.
Bu səbəbdən, hər hansı dəyərli əşya aldığınız təqdirdə, Amerika daxili digər( UPS, DHL, FEDEX, DPD, PİLOT) kuryer xidmətlətindən istifadə etməyiniz tövsiyyə edilir.